Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 5 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə qurumdan məlumat verilib.

Araşdırmalar zamanı Ağdaş rayonunun Tofiqi, Qusar rayonunun Xuluq, İsmayıllı rayonunun Tircan kəndləri ərazisində, Abşeron rayonunun İsrəfil Məmmədov, Bakı şəhərinin Xətai rayonu, Rahib Məmmədov küçələrində meşə fonduna daxil olmayan, ümumilikdə 750 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 83 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İstinadlar Report