
Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer Ukraynaya səfərə yol düşüblər.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, siyasətçilər Polşanın baş naziri Donald Tusk ilə birlikdə mayın 10-da Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.
Onların Ukraynaya gələcək dəstək məsələlərini müzakirə edəcəyi gözlənilir.