İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni növbəti dəfə korrupsiyaya dair iş üzrə cavabdeh şəxs qismində dindirilə bilər.

Ilkin məlumatlara görə, Roma Prokurorluğunun diqqətini İtaliya Dövlət Şurasının qərarı cəlb edib.

Bildirilir ki, üç il əvvəl hökumət orqanı aşağı instansiya məhkəməsinin qərarını ləğv edib. Həmin qərara əsasən, 82 yaşlı siyasətçi öz “Mediolanum” bankının səhmlərinin bir hissəsini İtaliya Mərkəzi Bankına verməli idi.

İstinadlar Report