Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya və Ukrayna iqtidar orqanları Ukraynada iş və ya mənzil tapmaqda ukraynalı qaçqınların dəstəklənməsi üçün nəzərdə tutulmuş “Unity Hubs” (Birlik Qovşağı – red.) adlandırılan mərkəzlərin yaradılması niyyəti haqqında bəyannamə imzalayıblar.

Bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Niyyət bəyannaməsi “Unity Hubs”ın fəaliyyət sahələrini müəyyənləşdirir. Əsas diqqət ukraynalıların Ukraynaya mümkün könüllü qayıtmalarında, Ukrayna və Almaniyada iş tapmaqda məsləhət və dəstək verməkdir”, – məlumatda bildirilib.

Bundan başqa, “Unity Hubs”, nazirliyin vurğuladığı kimi, Almaniyadakı ukraynalı qaçqınlar üçün əlaqə nöqtəsi kimi xidmət edəcək və həm ukrain, həm də alman dillərində mədəni tədbirlər, həmçinin dil kursları və regionşünaslıq dərsləri təklif edəcək.

Almaniyanın daxili işlər naziri Nensi Feserin sözlərinə görə, tezliklə Berlində ilk “Unity Hub” açılacaq.

İstinadlar Report