Almaniya hakimiyyəti hesab edir ki, Ukraynada hərbi qüvvələrin yerləşdirilməsi mümkünlüyünü müzakirə etməzdən əvvəl Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə razılaşmalara nail olmaq lazımdır.

Bunu Almaniya hökumətinin nümayəndəsi Kristiane Hoffmann bildirib.

“Biz dəfələrlə demişik ki, əvvəlcə Ukraynada sülhün bərqərar olub-olmadığını və bunun necə baş verdiyini görənə qədər gözləməliyik. Bundan sonra biz şərtləri və bunun necə təşkil olunacağını müzakirə edə bilərik”, – o qeyd edib.

Öz növbəsində, Polşanın Baş naziri Donald Tusk Ukraynada Polşa qoşunlarının yerləşdirilməsi mümkünlüyünü nəzərdən keçirmədiyini bildirib.

İstinadlar Report