Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutmasından 4 il ötür.

2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə ilk raket hücumu edilib.

Nəticədə 1-i qadın, 1-i kişi olmaqla 2 nəfər qəsdən öldürülüb, 2-si qadın, 5-i kişi olmaqla 7 nəfər dinc sakin xəsarət alıb.

Qeyd edək ki, Vətən müharibəsinin gedişində Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.

Təcavüzkar dövlət tərəfindən 2020-ci il oktyabrın 8-də Bərdəyə ikinci raket hücumu edilib, nəticədə 8 (kişi) nəfər dinc sakin müxtəlif dərəcəli xəsarət alıb.

2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin raket hücumuna məruz qalması nəticəsində 3-ü qadın, 1-i kişi, 1-i uşaq olmaqla 5 nəfər ölüb, 7-si qadın, 7-si uşaq olmaqla 14 nəfər xəsarət alıb.

İstinadlar Qafqazinfo