Avqustun 2-də Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, yerli vaxtla saat 20:56-da Bərdə stansiyasından 10 km şimal-şərqdə, Bərdə rayonunda zəlzələ qeydə alınıb.

Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,3 -ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.

İstinadlar Qafqazinfo