
Bərdə rayonunda 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalov bıçaqlanıb.
“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, o, “Tiktok” sosial şəbəkəsində mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona xəsarət yetirməkdə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova şübhəli bilinir. T.Hüseynova təqsirləndirilən şəxs qismində saxlanılıb.