Bərdə rayonunda güclü qasırğanın aşırdığı irigövdəli ağac qəbirlərə ziyan vurub.

Ötən gecə baş verən qasırğa Bərdə rayonunda ciddi fəsadlar törədib.

Rayonun Kələntərli kənd qəbiristanlığında güclü küləyə tab gətirməyərək aşan çoxillik qovaq ağacı Sarıtel Misir qızı Cavadova və Asim Məhəmməd oğlu Cavadovun qəbirlərini tamamilə dağıdıb. Aşan ağacın zərbəsi nəticəsində ətrafda olan qəbirlərdən bir neçəsinin sinə daşlarında çatlar əmələ gəlib.

İstinadlar Report