Bərdədə yas mərasimi zamanı baş verən bədbəxt hadisədə xəsarət alan şəxslərdən biri Abdullayeva Aidə Novruz qızı hələ də reanimasiyadadır.

Bu barədə “Report”un Qarabağ bürosuna onun yaxınları məlumat verib.

Bildirilib ki, bədbəxt hadisə zamanı ağır xəsarət alan Aidə Abdullayeva ilk olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra onu Gəncə şəhərindəki ixtisaslaşmış xəstəxanalardan birinə köçürüblər. Orada ətraflı müayinələr aparıldıqdan sonra o, yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaytarılıb. Hələ də komada olan şəxs hazırda reanimasiyadadır.

İstinadlar Report