Bərdə rayonunda çörəkbişirmə müəssisəsində yanğın olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, rayonun Birinci Qaradəmirçi kəndində ümumi sahəsi 515 m² (1-ci mərtəbəsi 500 m², 2-ci mərtəbəsi 15 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsində yerləşən ofis otağında əşyalar yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Çörəkbişirmə sexinin qalan hissəsi yanğından mühafizə olunub.

İstinadlar Report