Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomat silahını satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb.