
Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb.
Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb.