Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Ağdam yolunun Bərdə rayon Samux kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Vaz -2106”, “Vaz-2107” və “Haval” markalı avtomobillər toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti araşdırılır. 

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli 

İstinadlar Qafqazinfo