Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.