Bərdə rayonunun Təbriz küçəsində bədbəxt hadisə baş verib.

2013-cu il təvəllüdlü, rayon sakini Hüseynli Ayşə Etibar qızı hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Hadisə zamanı azyaşlı qızın anası Aynur Məmmədova zəhərlənərək rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Tural Hüseynli

İstinadlar Qafqazinfo