Bərdədə 2 uşaq anası özünü 4-cü mərtəbədən atıb.

Hadisə məcburi köçkünlər üçün salınmış 7 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Həmin binada yaşayan 1996-cı il təvəllüdlü Bayramova Məlahət intihar etmək istəyib.

Ağır xəsarətlər alan qadın Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo