Oktyabrın 11-də Rusiyanın Belqorod vilayətinin atəşə tutulması nəticəsində ümumilikdə bir nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.
“Ötən gün ərzində dinc sakinlərdən 11 yaralımız var idi”, – o qeyd edib. Qubernatorun sözlərinə görə, “Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində” daha bir nəfər isə ölüb.