Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğv edilməsi ilə bağlı bələdiyyələrin siyahısında dəyişiklik edilir.

Görə, bu parlamentdə müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində yer alıb. 

Qeyd edək ki, 4 mart 2022-cil tarixli 492-VIQ nömrəli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərini tərkibinə birləşdirilib. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri və Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.

Qanun layihəsi Milli Məclisdə müzakirələrdən sonra qəbul olunub.

Eldar Tanrıverdi

İstinadlar Qafqazinfo