“Belə hallarda şayiələrə rəvac verməmək üçün müvafiq dövlət qurumlarının operativ informasiya verməsi gərəkdir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün Xızıda helikopter qəzası zamanı həlak olan hərbçilərlə bağlı paylaşımında bildirib.

Deputat ümid edir ki, qəzanın səbəbi ətraflı araşdırılacaq: 

“Günahkarlar, əgər varsa, aşkara çıxarılacaq və müvafiq tədbirlər görüləcək. Hərbi vertalyotun qəzaya uğraması nəticəsində həlak olan zabitlərimizə görə çox üzüldüm. Həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyir, əzizlərinə baş sağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm”.

İstinadlar Qafqazinfo