“Hər müəllimin arxasınca kamera ilə düşüb çəkməklə onun əlindən tərbiyə alətlərini almış olacağıq. Çünki bu cür rəftarda o nəsə etməyə çəkinəcək. Bu da yaxşı nəticəyə gətirib çıxarmayacaq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ölkədə olan 150 mindən çox müəllimdən tutaq ki, 300-500-ü davranış qaydalarını poza bilər və belə olan halda onlara qarşı lazımi addımlar atılacaq: “Amma müəllimə qarşı belə davranışlar müəllim olmaq istəyənlərin sayının azalmasına təsir edər. Ailələr məktəblə daha yaxından işləməlidirlər. Uşaqlar məktəb və evdə olurlar. Onun harada tərbiyə almasını müəyyən etmək çətindir. Bunu müzakirə etməyin mənası da yoxdur”.

E. Əmrullayev şagirdin məktəbdən qovulmasının həll yolu olmadığını vurğulayıb: “Məktəbin işi uşağı islah etməkdir. Şagirdə cinayət əməlinə görə cəza düşmürsə, o, açıq və qapalı tipli tədris müəssisələrinə göndərilməlidir. Lakin onları ayırmaq düzgündür? Pedoqoji-nöqteyi nəzərdən bizim yanaşmamız həmin uşaqların ayrılmaması və kollektivlərində təhsil almalarıdır”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo