Belçikanın Baş naziri Aleksander De Kroo əvvəllər koronavirus testi müsbət çıxmış Fransanın Baş naziri Jan Kasteks ilə əlaqə saxladıqdan sonra özünü təcrid edib.

Məlumata görə, De Kroo çərşənbə axşamı səhər koronavirus testindən keçəcək. Baş nazir mənfi nəticə çıxana qədər karantində qalacaq.

Bazar ertəsi Belçikanın ikitərəfli təhlükəsizlik görüşündə iştirak edən digər dörd hökumət rəsmisi də testlərdən keçəcək və nəticələr mənfi çıxana qədər karantində qalacaqlar. Söhbət xarici və Avropa işləri və xarici ticarət naziri Sofi Vilmesdən, müdafiə naziri Lüdovina Dedonderdən, daxili işlər baziri Annelis Verlindendən və ədliyyə naziri Vinsent Van Quekenborndan gedir.

İstinadlar Report