Belçika polisi ölkənin hökumət binalarında tərkibində zəhər olan məktublar aşkar edib.

Bu barədə “Politico”nun Avropa versiyası məlumat yayıb.

Qazet yazıb ki, polis Brüsseldəki bir neçə dövlət idarəsində içərisində brusin adlı zəhərli ağ toz olan məktublar tapıb. Zərfləri alanlardan heç biri xəsarət almayıb, polis göndərənin kimliyini müəyyənləşdirir.

Brusin mərkəzi sinir sistemini həyəcanlandırır, səs və işığın təsiri ilə güclənən əzaların, boyun və üzün motor əzələlərinin spazmlarına səbəb olur.

İstinadlar Report