Belçikanın Mons şəhərində fevralın 9-da “sarı jiletlilər” hərəkatının iğtişaş yaratmış 38 tərəfdarı saxlanılıb.

Şənbə günü Mons şəhərində “sarı jiletlilər”in aksiyası keçirilib və aksiya sonradan qarşıdurmaya gətirib çıxarıb.

Xüsusilə, aksiyanın bəzi iştirakçıları şəhərin keçmiş meri və Belçikanın sabiq baş naziri Elio Di Ruponun poçt qutusuna fişəng atıblar.

Nümayişçilərin hərəkətləri belçikalı siyasətçinin yaşayış evinə ziyan vurub.

Daha əvvəl Fransada etiraz aksiyaları zamanı 36 nəfər saxlanılıb. Onlardan 21-i həbs edilib.

İstinadlar Report