Brüsseldə Türkiyə səfirliyi qarşısında Ərdoğan tərəfdarları ilə əleyhdarları arasında dava düşüb

Bu barədə “Reuters” məlumat yayıb.
Dava iştirakçılarının bir neçəsinin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Türk səfirliyinə səs verməyə gələn türklər və kürdlər arasında baş verən qarşıdurmaya polis müdaxilə edib və tərəfləri ayıra bilib.
Belçika baş naziri Şarl Mişel Türkiyə səfirliyi qarşısında baş verən hadisəni kəskin tənqid edib.