Belçika hökuməti Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasının fəsadlarını aradan qaldırmaq üçün Ukraynaya ümumi dəyəri 3,45 milyon avro olan təcili humanitar yardım göndərəcək.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Belçika zərər çəkmiş ərazilərin əhalisinə yardım etmək üçün təcili humanitar yardım göstərəcək”, – nazirlik bildirib.

Xüsusən 3,5 000 000 avro dəyərində zəruri əşyalar: çadırlar, döşəklər, yataq çantaları, bidonlar və gigiyena dəstləri göndəriləcək. 1,6 milyon avro dərman vasitələrinin və əsas tibbi avadanlıqların alınmasına, daha 1,5 milyon avro elektrik generatorlarının təchizatına ayrılacaq.

İstinadlar Report