Belçikanın səfirinin arvadı Cənubi Koreyanın paytaxtı Seulda mağazanın iki satıcısını döyüb.

Diplomatın arvadı Syan Syuesiu Seulda geyim mağazasında iki paltarı ölçüb və mağazadan çıxmağa tələsib. Mağazanın əməkdaşı dərhal paltarın geyinilib-geyinilmədiyini bilmək üçün onun arxasınca qaçıb. Güman edilir ki, davaya məhz bu səbəb olub. Cənubi Koreya KİV-ində müşahidə kameralarının yayılmış kadrlarında qadının əlini dartması və satıcının başına zərbə endirməsi, sonra köməyə gələn başqa əməkdaşı da vurması görünür.

Qadın məhkəmə təqibindən qaçmaq üçün diplomatik toxunulmazlığa istinad edib. Öz növbəsində onun əri – səfir Piter Leskuye hadisə ilə əlaqədar təəssüfünü bildirib.

“Hadisənin başvermə şəraiti nə olursa-olsun, onun reaksiyası qəbuledilməzdir”, – diplomat deyib.

İstinadlar Report