
“Zəngəzur dəhlizi regionda nəqliyyat-logistika kommunikasiyalarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dəhliz Şərq ilə Qərbi birləşdirən qovşaq olacaq”.
Bunu Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı Belçikanın “New direction” Beyin Mərkəzinin icraçı direktoru Vitold de Şevilli deyib.
O, rəhbərlik etdiyi mərkəzin Azərbaycanda bir sıra beyin mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib.