“Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir”.

Bu fikirləri Belarusun müdafiə naziri Viktor Xrenin Prezident İlham Əliyevin bugünkü qəbulunda çıxışı zamanı deyib.