Belarusla Avropa İttifaqı (Aİ) arasında vizasız rejimi tətbiq etmək üçün son addımı atmaq qalır.

Bu barədə Aİ-nin Belarusdakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin “Tut-by”ya müsahibəsində bildirib.

“Biz güzəştli təklif irəli sürmüşük. Məncə, son addım olacaq. Yaşıl işıq yanandan sonra biz tərəfdən proseduru başa çatdırmaq üçün 2-3 ay vaxt lazımdır. Avropa İttifaqı bu barədə sazişləri imzalamaq üçün əlindən gələni edir. Bu, bizim mənafeyimizə uyğundur”, – A.Viktorin vurğulayıb.

İstinadlar Report