Belarus Prezidenti Aleksandr Lukaşenko terror aktı törətməyə görə ölüm hökmü çıxarılması ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Məlumatı mayın 18-də Belarusun rəsmi mənbələri yayıb.

Bildirilib ki, dəyişikliklər beynəlxalq terror aktlarında, xüsusilə xarici dövlətin və ya beynəlxalq təşkilatın nümayəndəsinə qarşı terror aktları törətməkdə, mütəşəkkil dəstə tərəfindən və ya atom enerjisi qurğularından, radioaktiv maddələrdən, güclü təsir göstərən, zəhərli kimyəvi və ya bioloji maddələrdən istifadə etmək, yaxud insan öldürülməsi ilə bağlı terror aktları, dövlət və ya ictimai fəaliyyətlə əlaqədar törədilmiş dövlət və ya ictimai xadimlərin qətlinə şamil ediləcək.

Əvvəlllər bu tip cinayətləri törətməyə hazırlaşanlar barəsində ölüm hökmünün çıxarılması mümkünsüz idi. Bundan sonra terror aktlartı hazırlığı görənlər də edam olunacaq. Cinayət Məcəlləsinə dəyişikliklər dərc olunandan on gündən sonra qüvvəyə minəcək.

İstinadlar Report