Aprelin 9-da Belarusda döyüş atışlı taktiki təlimlər başlayacaq.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, təlim aprelin 11-dək davam edəcək.

Təlim Belarus Silahlı Qüvvələrinin hərbi hissələrinin döyüş hazırlığının kompleks sınaqları çərçivəsində Vitebsk, Qrodno, Brest və Mogilyov vilayətlərindəki keçiriləcək.

İstinadlar Report