Belarusda keçirilən prezident seçkilərindən sonra avqustunda 9-dan 12-dək 64 mətbuat nümayəndəsi güc strukturları tərəfindən saxlanılıb.

Bunu Belarus Jurnalistlər Assosiasiyası açıqlayıb.

Bildirilib ki, avqustun 9-da 24, 10-da 20, 11-də 12, 12-də isə 8 jurnalist saxlanılıb. Saxlanılan jurnalistlər arasında rusiyalı və ukraynalılar daxil olmaqla, bir sıra xarici jurnalistlər də olub.