
Belarusda bu gün seçki kampaniyasının təşviqat mərhələsi başlayıb və 2025-ci il yanvarın 25-dək davam edəcək.
Bu barədə BELTA məlumat yayıb.
Prezidentliyə namizədlər seçkiqabağı proqramlarını seçicilərə təqdim edəcəklər.
Belarus Mərkəzi Seçki Komissiyası (MSK) xatırladıb ki, prezidentliyə namizədlər seçki qanunvericiliyində müəyyən edilmiş formalarda seçkiqabağı təşviqat apara bilərlər: təşviqat materiallarının hazırlanması və yayılması, kütləvi tədbirlərin keçirilməsi (bina xaricində yığıncaqlar, mitinqlər və piketlər), seçicilərlə görüşlərin keçirilməsi, kütləvi informasiya vasitələrində çıxışlar, qanunla qadağan edilməmiş digər formalar.
Yerli icra və sərəncamverici orqanların qərarları ilə hər bir səsvermə məntəqəsinin ərazisində çap təşviqat materiallarının yerləşdirilməsi üçün xüsusi yerlər ayrılıb. Bu qərarlarla həmin orqanların rəsmi internet saytlarında tanış olmaq olar.