Dekabr ayına qədər Belarus ordusu ölkədə hazırlanmış və “Starlink”in analoqu adlandırılan mobil rabitə dəstini alacaq.
Bu barədə Belarus Silahlı Qüvvələrinin rabitə rəisi Vadim Romaniv “Belarus 1” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, kəşf Belarus prezidentinə ötən il təqdim edilib: “Bu il biz bu dəsti demək olar ki, mükəmməl şəkildə inkişaf etdirdik və keyfiyyətini, göstərilən xidmətlərin sayını artırdıq”.