Belarusda koronavirusa son sutkada daha 887 yoluxma faktı qeydə alınıb.

Məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Belarusda yoluxanların ümumi sayı 46 868-ə, ölənlərin sayı isə 259-a çatıb.

Məlumata görə, pandemiyadan 22 066 pasiyent sağalıb.

Bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko koronavirsun ikinci dalğasının başlayacağını xəbərdarlıq edərək ona daha ciddi hazırlıq işləri görməyə çağırıb.

İstinadlar Report