Belarusda keçirilən son prezident seçkilərində A.Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin koordinasiya şurasını yaratdığını elan edib.

Bu barədə məlumat S.Tixanovskayanın seçki qərargahının “Telegram” kanalında yer alıb.

“Bu şuraya bütün vətəndaş cəmiyyətləri, hörmətli və tanınmış belaruslar və öz işinin peşəkarları daxil ola bilər”, – müraciətdə qeyd olunub.