Dünən Belarusda keçirilən etiraz aksiyalarından sonra 345 nəfər həbs olunub.

Qeyd edək ki, Belarusda etirazlar ardıcıl üçüncü aydır davam edir. Etirazlar Mərkəzi Seçki Komissiyasının Aleksandr Lukaşenkonu avqustun 9-da keçirilmiş prezident seçkilərində qalib elan etməsindən sonra başlayıb.