
Belarus Prezidenti Aleksandr Lukaşenko “Xalq Birliyi Günü ilə bağlı amnistiya haqqında” Qanunu imzalayıb.
Sənədə əsasən 4,5 min insan cinayət cəzasından azad ediləcək.
Bundan əlavə, təxminən 4 min nəfərin cəza müddəti bir il azaldılacaq.
Amnistiya ekstremizm və terrorizmə görə həbs olunanlara şamil olunmur.