MDB məkanında iqtisadiyyat və təhlükəsizlik prioritet mövzulara çevrilməlidir.

Bunu Minskdə MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclasında Belarus XİN başçısı Sergey Aleynik deyib.

O, təşkilatın müstəqil dövlətlərdən ibarət olduğunu xatırladıb:

“Bu sarsılmazdır və heç kim buna şübhə etmir. Bununla belə, bizim təşkilat həm də birlikdir. Hər zaman bu iki komponenti öz işimizdə birləşdirmişik. Bizim bir sıra ümumi mövzularımız, konkret maraqlarımız, ölkələrimiz və xalqlarımız üçün kritik praktik əhəmiyyət kəsb edən birgə təşəbbüslərimiz var. Bizim hazırkı gündəliyimiz bundan ibarətdir”.

İstinadlar Report