Belarusun Ağdam rayonunun Qızıl Kəngərli kəndində inşa etdiyi aqroşəhərciyin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə “Report”un sualını cavablandıran Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

Onun sözlərinə görə, layihə böyük aqroholdinqin yaradılmasını, heyvandarlığın, quşçuluğun və tərəvəzçiliyin inkişafını nəzərdə tutur.

İstinadlar Report