Azərbaycan neft tədarükü məsələsində, ona müraciət olunacağı təqdirdə, Belarusa kömək etməyə hazır olacaq.

 

Bunu BelTA-ya müsahibəsində Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.

Daha əvvəl Belarus şirkətləri Rusiyadan gələn neftin keyfiyyətində kəskin pisləşmə olduğunu bildiriblər. Xüsusilə, Mozır Neft Emalı Zavodunun rəhbərliyi xammalın keyfiyyətsiz olması səbəbindən müəssisədəki bahalı avadanlıqların sıradan çıxdığını bəyan edib. Bundan sonra “Belneftkimya”nın sədr müavini Vladimir Sizov bildirib ki, Belarus Rusiyadan neft məhsullarının tədarükünü müvəqqəti olaraq məhdudlaşdırır.

Azərbaycandan Belarusa neft tədarükünün mümkünlüyü barədə sualları cavablandıran səfir Lətif Qəndilov qeyd edib ki, bunun üçün heç bir maneə yoxdur.

“Çətin zamanlarda xalqlarımız həmişə bir-birinə kömək edir və bu bizi birləşdirir. Biz həmişə bir-birimizə dayaq oluruq. Zərurət yaranarsa, Azərbaycan öz qardaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək. Heç bir şübhə yoxdur ki, dövlət başçıları bu məsələdə ümumi dil tapacaqlar”, – deyə səfir vurğulayıb.

Oxumağa dəyər:   Leyboristlər "Brexit" qanununun parlamentdə müzakirəsinə qarşıdırlar

Bununla belə, Azərbaycandan Belarusa neft nəqlinin mürəkkəbliyi nəzərə alınmalı və enerji xərclərinin güclü artımına gətirməyəcək ən optimal yollar axtarılmalıdır.

Lətif Qəndilov bildirib ki, burada nəqletmənin marşrutlarından başqa, hansı ki, nəql edilən neftin dəyərinə çox təsir edir, heç bir digər məsələ yoxdur. O, ehtimal edir ki, çatdırmalar Qara dəniz limanları vasitəsilə mümkündür.

İstinadlar virtualaz