Belarus Prezidenti Aleksandr Lukaşenko 15 məhkumu əfv edib.

O, bu barədə müvafiq fərman imzalayıb.

Ekstremist xarakterli cinayətlər törətmiş beş qadın və üç kişi, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş yeddi nəfər əfv edilib.