“Pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Biz sabahdan etibarən Belarus əhalisinin kütləvi peyvəndlənməsini başlayacağıq”.

Bunu bu gün Bakıda sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus lideri bildirib ki, vaksinlər özlərinindir:

“Rusiya Federasiyasının “Sputnik V” texnologiyası əsasında yaradılıb. Biz ölkədə yarım milyon doz vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik. Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq”.

İstinadlar Qafqazinfo