Minskin Rusiyaya qaz borcu yoxdur
Bunu jurnalistlərə açıqlamasında Belarus Baş nazirinin mətbuat katibi Vladimir Siçeviç söyləyib.
“Rusiya energetika nazirinin bizim borcumuzla bağlı söylədikləri həqiqət deyil. Bu bəyanat faktdan çox təbliğata bənzəyir”, – o bildirib.
Qeyd edək ki, Moskva Minskin ona 700 milyon dollar borclu olduğunu bəyan edib. Belarus isə bu iddiaların heç birini qəbul etmir. Tərəflər arasında məhz bunun ucbatından münasibətlər gərginləşib.
Azərbaycan24 sosial şəbəkələrdə