Bəhreynin iki vətəndaşı Səudiyyə Ərəbistanında edam olunub.
Bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib.
Qeyd edilib ki, Cəfər Məhəmməd və Sadiq Məcid Bəhreyndə axtarışda olan şəxslərin başçılıq etdiyi terror qruplaşmasına qoşulmaqda ittiham olunublar.
Onlar həm də Səudiyyə Ərəbistanı və Bəhreynin təhlükəsizliyini təhdid etməkdə təqsirli biliniblər.