Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani ilə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani arasında Tehranda keçirilən görüşdə ölkələr arasında normallaşma prosesinin başlanması ilə bağlı razılıq əldə olunub.

Bu barədə Bəhreynin dövlət xəbər agentliyi məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında danışıqlara başlamaq üçün lazımi mexanizmləri yaratmaq və siyasi münasibətləri bərpa etmək yollarını araşdırmaq qərarına gəliblər.

İstinadlar Report