Bakıda məşhur “Beerlin Pub”da müştərini döyərək öldürən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

İclasa zərərçəkən tərəf gəlməyib. Proses iştirakçıları zərərçəkənin iştirakı olmadan işin baxışa təyin edilməsinə etiraz etməyib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş məhkəmə baxışına təyin olunub. Orxan Şahbazovun vəkili hazırlıq mərhələsində hər hansı vəsatəti olmadığını, ilkin baxış iclasında məhkəməyə vəsatətlər verəcəyini bildirib.

Növbəti proses yanvarın 19-na təyin olunub.

Qeyd edək ki, Orxan Şahbazov “pub”a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir.

O.Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib. O, sosial şəbəkələrdə kifayət qədər tanınır. Bundan başqa Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. 

Amin Nəzərli

İstinadlar Qafqazinfo