
Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Bu barədə Əmirliyin WAM agentliyi məlumat yayıb.
Saziş Əbu-Dabidəki “Qasr əş-Şati” iqamətgahında rəsmi mərasim zamanı BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd əz-Zeyudi və Ukraynanın maliyyə naziri Yuliya Sviridenko tərəfindən imzalanıb. İmzalanma mərasimində Ukrayna və BƏƏ prezidentləri Volodimir Zelenski və Məhəmməd bin Zayed Al Nəhyan iştirak ediblər.
Sənəd iki ölkə arasında ticarət, investisiya və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açmağa yönəlib. Sazişə əsasən, BƏƏ-dən Ukraynaya idxal olunan malların 99 %-i və bu ölkəyə Ukrayna ixracının 97 %-i gömrük rüsumlarından azad ediləcək.