Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn İsrailə İrana qarşı bir cəbhədən çıxış etməyi təklif ediblər.

Bəhreynin xarici işlər naziri Əbdül-Lətif əl-Zayani və BƏƏ Xarici İşlər Nazirliyində dövlət naziri Ənvər Qarqaş İsraildə Strateji Araşdırma Mərkəzinin illik konfransına qatılarkən belə bir təkliflə çıxış ediblər.

Tədbirdə İsailin xarici işlər naziri Qabi Aşkenazi də iştirak edib. Konfransın gündəliyindəki əsas məsələ ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin normallaşması və İran təhlükəsi olub.

Əl-Zayani bildirib ki, Bəhreyn, BƏƏ və İsrail İrana qarşı vahid cəbhədən çıxış etməlidir.

İstinadlar Report